- 17:41
Enerji içkiləri tərkibindəki kofein səbəbilə yuxusuzluğa səbəb olmaqla yanaşı, daha az nəzərə çarpan nəticələrə də gətirib çıxara bilər.
E-huquq.az xəbər verir ki, bu barədə Stomatoloq Antonio Lonqo “Infosalus” nəşrinə verdiyi müsahibə zamanı bildirib.
Onun sözlərinə görə, enerji içkiləri dişlərin müdafiəsini zəiflədir, çünki onların qəbulundan sonra ağız boşluğunun pH səviyyəsi dəyişir və tüpürcək bunu dərhal bərpa edə bilmir.
Həkim vurğulayıb ki, zamanla bu, dişləri fırçalayarkən narahatlığa və onların soyuğa qarşı həssaslığının artmasına səbəb ola bilər.
Lonqo əlavə edib ki, enerji içkilərinin tərkibindəki kofein insanlarda yuxusuzluq, ürəkbulanma, ishal, qarın ağrısı, narahatlıq, əsəbilik və qıcıqlanma kimi əlamətlər yarana bilər.
Həkim Pablo Turrion isə qeyd edib ki, enerji içkilərinin əlavə təsirlərinə xüsusilə hamilə və süd verən qadınlar, yeniyetmələr, həmçinin ürək-damar sistemi xəstəlikləri olan və yuxu pozuntusu yaşayan insanlar daha çox məruz qala bilər.
Humay Eminqızı