- 17:07
Hindistan və Rusiya son illərdə əhəmiyyətli artım göstərən möhkəm və dayanıqlı iqtisadi əməkdaşlığı qoruyub saxlayır.
E-huquq.az xəbər verir ki, Hindistanın ticarət və sənaye nazirinin müavini Amardip Sinqx Batiya bu barədə Rusiyaya səfəri ərəfəsində TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi rekord səviyyəyə - təxminən 70 milyard dollara çatıb.
Nazirinin müavini xatırladıb ki, Hindistan və Rusiya 2030-cu ilə qədər ikitərəfli ticarət həcmini 100 milyard dollara, qarşılıqlı investisiyaları isə 50 milyard dollara çatdırmağı qarşısına məqsəd qoyub: “Gələcəkdə güclü ticarət əlaqələrini daha dərin investisiya tərəfdaşlığına çevirməyə, texnoloji əməkdaşlığı inkişaf etdirməyə və sənaye əməkdaşlığını gücləndirməyə diqqət yetirmək niyyətindəyik”.
Humay Eminqızı