- 10:28
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vens Böyük Britaniya siyasətində ciddi problemlərin olması barədə xəbərdarlıq edib. O, Birləşmiş Krallıqda Baş nazirlərin tez-tez dəyişməsinin buna sübut olduğunu deyib.
E-huquq.az xəbər verir ki, Vens "The Times" qəzetinə verdiyi açıqlamada xatırladıb ki, son bir neçə ildə Böyük Britaniyada altı Baş nazir dəyişib. “Bu, mənə Böyük Britaniya siyasətində ciddi çatışmazlığın olduğunu və insanların, həqiqətən də, əhəmiyyətli struktur dəyişiklikləri tələb etdiyini göstərir", -deyə o diqqətə çatdırıb.
Vitse-prezident qeyd edib ki, Böyük Britaniya rəhbərliyi ölkəni çoxdan uğursuzluğa düçar edib. O, eyni zamanda, ümid edib ki, yeni Baş nazir olan hər kəs Böyük Britaniyanı yoluna qoymaq üçün bir yol tapacaq.