Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib


  • 14:37

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodromlarına, yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektlərinə, eləcə də logistik mərkəzlərə zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məhv edilən obyektlər arasında pilotsuz uçuş aparatlarının (PUA) və onlar üçün komponentlərin istehsal və saxlanma məntəqələri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların müvəqqəti dislokasiya məntəqələri də yer alıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri “Geran-2” PUA-sı ilə Çerniqov vilayətinin Qazoprovodnoye yaşayış məntəqəsində yerləşən qazpaylayıcı stansiyana,

“Geran” PUA-ları ilə Sumı vilayətinin Dyakovka yaşayış məntəqəsində yerləşən 110 kV-luq elektrik yarımstansiyasına zərbə endirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətinin Oleşnya yaşayış məntəqəsində yük daşıyan dəmir yolu qatarına zərbə endirib.

Oxşar xəbərlər