- 12:35
Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 3 342 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 16 740 nəfərə çatıb.
Dağıntılar altından 6 462 nəfər xilas edilib.
Zəlzələ nəticəsində 17 345 nəfərin evi tamamilə dağılıb.
Təbii fəlakət qurbanları 9 585 ton ərzaq və 669 008 litr su ilə təmin edilib.
Axtarış-xilasetmə işləri üçün ümumilikdə 29 567 nəfər şəxsi heyət əraziyə cəlb edilib, könüllülərin ümumi sayı isə 27 482 nəfər təşkil edib.
Humay Eminqızı