Fransada muzeydən zinət əşyaları oğurlanıb


  • 11:54

Fransanın Bas-Rin vilayətinin Vingen-sur-Moder şəhərində yerləşən “Lalique” Muzeyindən zinət əşyaları oğurlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla təxminən saat 05:00-06:00 – da baş verib.

Oğrular fransız şüşə və zərgərlik ustası Rene Laliqin təxminən 650 əsərindən ibarət kolleksiyanın saxlanıldığı vitrini sındıraraq milyonlarla avro dəyərində zinət əşyaları oğurlayıblar.

Onlar muzeyə daxil olarkən siqnalizasiya və təhlükəsizlik sisteminin işlək vəziyyətdə olduğu bildirilib.

Faktla bağlı araşdırma başladılıb.

Humay Eminqızı

Oxşar xəbərlər