- 12:59
ABŞ-nin cənub bölgələrində temperatur 40,5 dərəcəyə çatır.
E-huquq.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Nyu-York şəhərində 378-dən çox insan isti hava səbəbindən tibbi yardıma müraciət edib.
Nyu-Cersi ştatında istilər səbəbindən 22, Missisipi ştatında 2, İllinoys ştatında isə 1 nəfər həyatını itirib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin şərqində isti hava ilə bağlı xəbərdarlıqlar davam edəcək.
Rütubət səviyyəsi nəzərə alınmaqla hesablanan istilik indeksinin Vaşinqton, Filadelfiya, Baltimor, Roli, Çarlston və Ceksonvil kimi şəhərlərdə 37,7-40,5 dərəcə Selsi arasında dəyişəcəyi gözlənilir.
Məlumata görə, həddindən artıq istidən əlavə, ölkənin şərqində şiddətli fırtına və dolu gözlənilir. Delaverdən Konnektikuta qədər uzanan bölgədə, o cümlədən Nyu-York şəhəri boyunca təxminən 34 milyon insan daşqından təsirlənə bilər. Bəzi ərazilərdə yağıntı miqdarı 7,6 santimetrə çata bilər.
Humay Eminqızı