- 12:35
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saatda 14 nəfər artaraq 506-ya çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda 1 561 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 628 nəfər müalicə alır. 253 nəfər isə virusdan tam sağalıb.
Humay Eminqızı