Bir ailənin 3 üzvü ağır qəzada öldü


  • 15:05

Türkiyənin Malatya şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb və 1 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatna istinadən xəbər verir ki, hadisə Arguvan rayonunda qeydə alınıb.

Avtomobilin sürücü Mustafa Koşkan, həyat yoldaşı Ayşən Koşkan və qızları Duyğu Ecrin Koşkanın hadisə yerində ölüb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qrupları göndərilib.

Hələlik şəxsiyyəti məlum olmayan bir yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər