- 16:07
Türkiyənin Çorum vilayətində toy mərasimində kütləvi zəhərlənmə baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy mərasimində iştirak edən xeyli sayda qonaq yemək yedikdən qısa müddət özünü narahat hiss etməyə başlayıb.
Təxminən 50 nəfər zəhərlənmə şübhəsi ilə təcili tibbi yardıma müraciət edib.
Ürəkbulanma, qusma və qarın ağrısı kimi simptomlar yaşayan qonaqlar hadisə yerinə göndərilən təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.
Müalicədən sonra 50 nəfərin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə