Fransanın 16 bölgəsində isti havaya görə narıncı xəbərdarlıq edilib


  • 16:02

Fransa iyun ayında müşahidə olunan rekord istilərdən sonra növbəti isti hava dalğasının təsiri altına düşüb

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 16 bölgəsində yüksək temperatur səbəbindən "narıncı" səviyyəli meteoroloji xəbərdarlıq elan olunub.

Fransa Milli Meteorologiya Xidməti bildirib ki, xəbərdarlıq əsasən ölkənin cənub və cənub-qərb bölgələrini əhatə edir. Qurumun proqnozuna əsasən, isti hava dalğası ayın ortalarınadək davam edəcək.

Sinoptiklər bəzi şəhərlərdə havanın temperaturunun 40 dərəcə Selsiyə qədər yüksələcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, ötən ay Fransada təxminən iki həftə davam edən istilər nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrində ciddi çətinliklər yaradıb. Məlumatlara görə, təkcə Parisdə iyunun 26-da yüksək temperaturun təsiri nəticəsində bir gün ərzində 109 nəfər həyatını itirib.

Fransa Səhiyyə Nazirliyi ölkənin tarixində ən isti iyun aylarından birinin qeydə alındığını bildirib. Nazirliyin açıqlamasına görə, iyunun 22-28-də əvvəlki illərin orta göstəricisi ilə müqayisədə 2025 ölüm faktı qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər