UNICEF: Sudanda altı ayda 300-dən çox uşaq ölüb və ya yaralanıb


  • 16:07

2026-cı ilin ilk altı ayı ərzində Sudanda davam edən silahlı münaqişə nəticəsində 300-dən çox uşaq həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb.

E-huquq.az xəbər verir ki, bu barədə UNICEF-in yaydığı açıqlamada qeyd olunub.

Məlumatda son aylarda xüsusilə Kordofan, Darfur və Mavi Nil bölgələrində döyüşlərin şiddətləndiyi vurğulanıb.

Bildirilib ki, uşaqlar arasında qeydə alınan itkilərin böyük hissəsi pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar nəticəsində baş verib.

Qurum münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa əməl etməyə, mülki əhalini və mülki infrastrukturu qorumağa, humanitar yardımın maneəsiz çatdırılması üçün təhlükəsiz dəhlizlər yaratmağa və uşaqların müdafiəsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb.

UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yett bildirib ki, ölkədə uşaqlar zorakılıq, məcburi köçkünlük və ağır humanitar şəraitin yaratdığı dərin böhranla üz-üzədir.

Sudanda silahlı münaqişə 2023-cü ilin aprelindən etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında davam edir. Münaqişə nəticəsində indiyədək minlərlə insan həyatını itirib, milyonlarla sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər