- 16:48
NATO-nun Baş katibi Mark Rutte NATO Zirvə Görüşündə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gedib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ruttenin təyyarəsi Ankara Hava Limanına eniş edib.
Onu hava limanında Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər qarşılayıblar.
Ruttenin günün sonlarında mətbuat konfransı keçirməsi və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.
Şəbnəm Mehdizadə