Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçdi


  • 00:07

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu məlumatı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında açıqlayıb.

O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də məlumat verib:

"16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 25 016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 603 ton ərzaq çatdırılıb".

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Oxşar xəbərlər