- 13:05
Türkiyənin Kırıkkale şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tekirdağdan Kayseriyə gedən sərnişin avtobusu Kaman-Ankara magistral yolunda idarəetməni itirərək aşıb.
Hadisə yerinə yanğınsöndürənlər, jandarma və təcili tibbi yardım qrupları sövq edilib.
Qəza nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 41 nəfər xəsarət alıb.
Hadisə yolun sürüşkən olması səbəbindən baş verib.
Avtobus sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırma başladılıb.
Humay Eminqızı