Çində fırtına nəticəsində 11 nəfər həlak olub


  • 12:36

Çinin Xubey vilayətində güclü fırtına və tornado nəticəsində azı 11 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 331 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Əlverişsiz hava şəraiti əyalətdə 14 mindən çox sakinə təsir edib. 22 ev dağılıb, 4,8 min bina və tikiliyə ziyan dəyib.

Humay Eminqızı

Oxşar xəbərlər