Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub, 18 nəfər yaralanıb - YENİLƏNİB


  • 13:05

Suriyanın paytaxtı Dəməşqdə baş verən iki partlayış nəticəsində azı 18 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, ölkənin bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

Suriya paytaxtı Dəməşqdə iki partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Partlayışlar iki kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Hadisə Turizm Nazirliyinin binası yaxınlığında və Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı qaldığı “Four Seasons” otelin yaxınlığında baş verib.

Məlumata görə, Fransa prezidentinin korteji partlayışdan 15 dəqiqə əvvəl iqamətgahını tərk edib.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanlar olub.

Hadisə ilə əlaqəli şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər