Rusiya sutka ərzində Ukraynaya məxsus 797 PUA vurub


  • 13:49

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 797 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 11 idarə olunan aviabomba və 2 "Neptun" raketi də məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 176 303 pilotsuz uçuş aparatı (PUA), 65 824 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 672 səhra artilleriya qurğusu və minaatan, 30 060 ədəd tank və digər zirehli döyüş texnikası, 1 754 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 664 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər