“Rusiya üçün xüsusi hərbi əməliyyatın məqsədlərinə sülh yolu ilə nail olmaq daha məqsədəuyğundur” - Peskov


  • 14:10

Rusiya Ukraynadakı münaqişənin diplomatik yolla həllini daha məqsədəuyğun hesab edir.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Bizim üçün bu münaqişənin siyasi və diplomatik vasitələrlə həlli hələ də üstünlük təşkil edir. Lakin Kiyev rejimi münaqişənin sülh yolu ilə nizamlanmasına hazır olmadığı müddətdə xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə tam nail olunana qədər davam edəcək”, - Peskov deyib.

Humay Eminqızı

Oxşar xəbərlər