- 15:56
NATO 2027-ci ildən başlayaraq ildə 4 milyon artilleriya mərmisi istehsal etmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte NATO Müdafiə Sənayesi Forumunda bildirib.
“2027-ci ildə NATO mərmi istehsalını ildə 4 milyona çatdıracaq. Alyans ölkələri artıq yalnız NATO-nun hərbi-sənaye bazasının gücləndirilməsinə 37 milyard dollar sərmayə qoyublar”, - Rutte deyib.
NATO-nun hərbi sənaye rəhbərlərinə müraciət edərkən o, Avropanın hərbiləşdirilməsi üçün pulun olduğunu və daha da çox olacağını vurğulayaraq, onları bu vəsaitlərdən hərbi istehsalı genişləndirmək üçün istifadə etməyə çağırdı.
Rutte xəbərdarlıq edib ki, Rusiya hərbi sənayesi sutkanın 24 saatı işləyir və bütün digər Rusiya iqtisadiyyatı onu dəstəkləyir. Bununla əlaqədar o, Qərbin hərbi-sənaye kompleksini Rusiya, Şimali Koreya, Çin və İrana “NATO-nun hərbi-sənaye inqilabını” nümayiş etdirməyə və bundan yaxşı gəlir əldə etməyə çağırıb.
Humay Eminqızı