- 15:44
Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üzrə yeddiillik büdcəsində hərbi təyinatlı vəsaitlər 200 milyard avronu keçəcək.
E-huquq.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bunu Ankarada NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.
“Aİ-nin yeni çoxillik büdcəsinə hərbi imkanlar üçün 131 milyard avro və hərbi mobillik üçün 71 milyard avro (hərbi yüklərin və ağır hərbi texnikanın Avropa boyunca daşınmasını asanlaşdırmaq üçün yolların, körpülərin və tunellərin təkmilləşdirilməsi - red.) ayrılacaq”, - Fon der Lyayen deyib.
O, həmçinin üzv ölkələrin hərbi xərclərini dəstəkləmək üçün nəzərdə tutulan Aİ proqramlarını xatırladıb. Onun fikrincə, bu proqramlar 2030-cu ilə qədər bütün Aİ üzrə hərbi ehtiyaclar üçün 950 milyard avroyadək vəsait cəlb edə bilər.
Humay Eminqızı