- 17:17
Türkiyənin Kocaeli vilayətində boya fabrikində güclü yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürənlər təxminən üç saatdan sonra yanğını nəzarət altına ala bilib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Tüstüdən zəhərlənən 2 işçi xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Şəbnəm Mehdizadə