Ərdoğan və Donald Trampın nümayəndə heyətləri arasında görüş keçirildi


  • 20:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla nümayəndə heyətləri arasında keçirilən görüşə rəhbərlik edib.

E-huquq.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Prezident İqamətgahında Donald Trampla təkbətək görüşündən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə danışıqları davam etdiriblər.

Mətbuata qapalı keçirilən danışıqlarda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, AK Partiya sədrinin müavini və partiyanın sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, MİT-in rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin Xüsusi Katibliyinin rəhbəri Hasan Doğan, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak ediblər.

Oxşar xəbərlər