Türkiyədə ağır qəza: 15 nəfər yaralandı


  • 09:07

Türkiyənin Bolu şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 15 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul istiqamətində hərəkətdə olan sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində əvvəlcə yol kənarındakı qoruyucu maneəyə, daha sonra isə istirahət obyektinin girişində yerləşən məlumat lövhəsinə çırpılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, təcili tibbi yardım, jandarma və avtomobil yolları xidmətinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində sürücü də daxil olmaqla ümumilikdə 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilir.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər