İstanbulda yaşayış binasında yanğın - 4 nəfər xəsarət aldı


  • 09:21

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

E-huquq.az Türkiyə mətbutına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb.

Hələlik səbəbi müəyyən edilməyən yanğın qısa müddətdə genişlənib və yaranan sıx tüstü binanın yuxarı mərtəbələrinə yayılıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Polis ərazidə təhlükəsizlik tədbirləri həyata keçirərkən, yanğınsöndürənlər alovun qarşısının alınması istiqamətində işlər aparıblar.

Güclü tüstü səbəbindən yuxarı mərtəbələrdə qalan 7 nəfər, o cümlədən 3 uşaq xüsusi səbətli nərdivan vasitəsilə eyvanlardan təxliyə edilərək xilas olunub.

Tüstüdən zərər çəkən 4 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar.

Yanğınla əlaqədar bina ehtiyat tədbiri olaraq tamamilə boşaldılıb.

Yanğın yanğınsöndürmə briqadalarının təxminən bir saat davam edən müdaxiləsindən sonra nəzarətə götürülərək söndürülüb.

Yanğının səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər