- 10:38
NATO Sammiti çərçivəsində Ankarada keçirilən Müdafiə Sənayesi Forumu çərçivəsində ümumi dəyəri azı 50 milyard ABŞ dolları olan sazişlər imzalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Türkiye”qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının (PUA) alınmasını, eləcə də silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.
NATO-nun baş katibi Mark Rutte sammit çərçivəsində bildirib ki, alyansın 20 üzv ölkəsi “Drone Edge” təşəbbüsündə iştirak edəcək. Bu təşəbbüs çərçivəsində yaxın beş il ərzində PUA və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard ABŞ dolları sərmayə yatırılacaq.
Onun sözlərinə görə, NATO ölkələri sammit zamanı müdafiə sənayesi sahəsində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar.
Qeyd edək ki, Ankarada keçirilən iki günlük NATO sammitində üzv olan 32 ölkənin lideri iştirak edir. İyulun 8-də alyansa üzv dövlətlərin və hökumət başçılarının iştirakı ilə plenar iclas keçiriləcək.
Humay Eminqızı