- 11:41
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 580-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda 1 708 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 680 nəfər müalicə alır. 280 nəfər isə virusdan tam sağalıb.
Humay Eminqızı