- 11:58
İrana qarşı yeni zərbələr endirmək qərarı verməklə, ABŞ iki ölkə arasındakı qarşılıqlı anlaşma memorandumunun fundamental müddəalarını kobud şəkildə pozub.
E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirilir.
“Bu aqressiv hücumlar hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunun 1-ci bəndinin açıq və kobud şəkildə pozulmasıdır”, - məlumatda deyilir.
İran XİN vurğulayıb ki, ABŞ öz öhdəliklərini pozduğu üçün bölgədə gərginliyin artmasının təhlükəli nəticələrinə görə məsuliyyət daşıyır.
Humay Eminqızı