Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3 685 nəfərə çatıb


  • 11:58

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 3 685 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 16 740 nəfərə çatıb.

Rodriges bildirdi ki, evlərini itirmiş vətəndaşlar üçün 87 müvəqqəti sığınacaqlar yaradılıb.

Təbii fəlakət qurbanlarına 9 603 ton ərzaq yardımı edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər