- 13:38
Suriya Prezidenti Əhməd əl-Şaraa NATO-nun 36-cı sammiti çərçivəsində Ankaraya səfər edib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Esenboğa hava limanında onu rəsmi şəxslər qarşılayıblar.
Suriya liderinin səfər çərçivəsində Türkiyənin və bir sıra digər ölkələrin rəhbər şəxsləri ilə görüşləri planlaşdırılır.
