Məzmuna keç

Litva Ukraynaya 412 min avro dəyərində tibbi preparatlar verəcək

Vilnüs Kiyevə dəyəri 412 min avro olan tibbi preparatlar verəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna Elmlər Akademiyasının Amosov adına Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutunun və Ukraynanın Litvadakı səfirliyinin müraciətləri nəzərə alınmaqla, dəyəri 412 000 avro olan tibbi ləvazimat partiyası hazırlanıb”, – məlumatda deyilir.

Bildirilir ki, yardım bağlaması dövlət ehtiyatları və “COVID-19” pandemiyası dövründə əldə edilmiş dərman vasitələri hesabına formalaşdırılıb.

Humay Eminqızı