- 16:41
İran hakimiyyəti yaxın vaxtlarda ABŞ-nin və onun müttəfiqlərini İrana qarşı təcavüzkar hərəkətlərinə görə cəzalandırmaq məqsədilə əlavə tədbirlərin görüləcəyini elan edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moqtədai “SNN” telekanalına verdiyi müsahibədə məlumat yayıb.
O bildirib ki, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ABŞ-nin cəzalandırılması ilə nəticələnəcək qətiyyətli, əsaslı qərarların qəbul edilməsinə maksimum dəstək verəcək. Sədr müavininin sözlərinə görə bu ABŞ-nin sonradan peşman olacağı cəzadır.
Moqtədai bildirib ki, iranlılar artıq ABŞ prezidenti Donald Trampın imzasına etibar etmirlər.
Humay Eminqızı