- 17:10
Türkiyənin Çanaqqala vilayətinin Gökçeada rayonunda ölkədən qanunsuz yolla çıxmağa cəhd göstərən şəxslər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən məliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən altı nəfərin ölkəni qanunsuz tərk etməyə hazırlaşdığı müəyyən edilib.
Keçirilən koordinasiyalı əməliyyat zamanı həmin 6 nəfər, eləcə də qanunsuz keçidi təşkil etməkdə şübhəli bilinən daha 3 nəfər saxlanılıb.
İstintaq tədbirlərindən sonra FETÖ ilə əlaqəli olduğu bildirilən şübhəlilərdən 4 həbs olunub, 2 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.
Qanunsuz keçidi təşkil etməkdə şübhəli bilinən 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə