Qəzzada ölənlərin sayı 73 110 nəfərə çatdı


  • 16:39

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1084 nəfərə, yaralananların sayı isə 3 491 nəfərə çatıb.

Dağıntılar altından 785 cəsəd çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 110 nəfərə, yaralananların sayı isə 173 599 nəfərə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər