Küveyt İrandan atılan 2 ballistik raket və 13 PUA-nı zərərsizləşdirib


  • 16:41

Küveyt Silahlı Qüvvələri İrandan buraxıldığı bildirilən və ölkənin hava məkanını pozan 2 ballistik raketlə 13 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt ordusunun rəsmi sosial media hesabında yayılan məlumatda Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud Əbdüləziz əl-Ətvan bildirib ki, hava hücumundan müdafiə qüvvələri sübh saatlarında ölkənin hava məkanını pozan hədəfləri uğurla ələ keçirib.

Onun sözlərinə görə, insident nəticəsində hər hansı maddi ziyan qeydə alınmayıb, xəsarət alan da olmayıb.

Açıqlamada qeyd olunub ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixindən indiyədək Küveytin hava hücumundan müdafiə sistemləri ümumilikdə 906 pilotsuz uçuş aparatını, 383 ballistik raketi və 15 qanadlı raketi zərərsizləşdirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər