- 8 İyul 22:10
Vaşinqton administrasiyası Suriyanı ABŞ-ın terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib.
O, ABŞ prezidenti Donald Trampın Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarmaq niyyəti barədə Konqresi məlumatlandırdığını bildirib.
Çıxarılmanın Konqres üzvləri tərəfindən administrasiyanın təqdim etdiyi məlumatlara əsaslanaraq aparılan 45 günlük araşdırmadan sonra baş verəcəyi gözlənilir.
Onlar belə bir addım üçün kifayət qədər əsas olub-olmadığını qiymətləndirəcəklər.
Rubio onu da əlavə edib ki, Suriyaya qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiya üçün imkanlar açacaq.