- 11:27
ABŞ-nin hücumlarına cavab olaraq İran ordusu Küveytdə yerləşən ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemini vurub.
E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, İran həmçinin Qətərdəki erkən xəbərdarlıq radar kompleksinə və Bəhreyndəki ABŞ hərbi bazasında yerləşən yanacaq anbarlarına zərbə endirib.
Humay Eminqızı