- 12:16
ABŞ-nin iki gündür ardıcıl olaraq İrandakı hədəflərə zərbələr endirməsi fonunda Hörmüz boğazından kommersiya gəmilərinin hərəkəti minimum səviyyəyə enib.
E-huquq.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmi hərəkəti yalnız boğazın İran sahilləri yaxınlığındakı şimal hissəsində, İran rəsmiləri tərəfindən təsdiqlənmiş gəmiçilik marşrutu olan və "Şimal dəhlizi" adlandırılan ərazidə müşahidə olunur. Boğazın cənub hissəsində, "Oman dəhlizi" adlandırılan ərazidə isə heç bir hərəkət müşahidə edilmir.
Boğazdan yalnız iki iri gəmi keçir: ABŞ-ın sanksiyalarına məruz qalan supertanker və İran bayrağı altında üzən konteyner daşıyıcısı. Bildirilib ki, boğazda transponderləri söndürülmüş vəziyyətdə olan digər gəmilər də ola bilər.
Çərşənbə günü 14 kommersiya yük gəmisi boğazdan hər iki istiqamətdə keçib. Müqayisə üçün qeyd edək ki, İran və ABŞ arasında münaqişənin sonuncu dəfə gərginləşməsindən əvvəl bu su yolundan gündə orta hesabla 34 gəmi keçirdi.
Humay Eminqızı