- 12:51
ABŞ prezidenti Donald Trampın İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığı barədə bəyanatları, faktiki olaraq, ölkələr arasında qarşılıqlı anlaşma memorandumu üzrə öhdəliklərə əməl edilmədiyini göstərir.
E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ prezidentinin və digər amerikalı rəsmilərin İran xalqına qarşı bəyanatlarını qarşılıqlı anlaşma memorandumuna əməl edilməməsinin birbaşa etirafı kimi qiymətləndirir”, - məlumatda deyilir.
“Bu addım ABŞ-nin hakim elitasının "xəyanətkarlığını, alçaqlığını və militarizmini" növbəti dəfə nümayiş etdirir”, - deyə qeyd edilib.
Humay Eminqızı