- 12:41
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İran ərazisinə endirdiyi yeni zərbələrdən sonra Amerika tərəfinin hərəkətlərini hərbi cinayət adlandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin “Telegram” kanalında dərc olunmuş bəyanatda qeyd edilir.
“Xarici İşlər Nazirliyi şübhəsiz ki, ağır hərbi cinayətlər təşkil edən terrorçu ABŞ ordusunun təcavüzkar hücumlarını ən sərt şəkildə pisləyir”, - bəyanatda bildirilib.
Xarici İşlər Nazirliyi xalqın ərazi bütövlüyünü, suverenliyi və təhlükəsizliyi müdafiə etmək əzmini vurğulayıb.
Humay Eminqızı