- 14:33
Livan Prezidenti Cozef Aun ölkənin cənubunda atəşkəsin gücləndirilməsinin və İsrailin Vaşinqtonda imzalanmış sülh müqaviləsinə əməl etməyə məcbur edilməsinin vacibliyini bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“İsrail işğal altında saxladığı cənub bölgələrində bütün hərbi əməliyyatları – atəşə tutma, bombardman və evlərin dağıdılmasını dayandırmalıdır”, - Prezident deyib.
Aun vurğulayıb ki, iyulun 21-də Vaşinqtona edəcəyi səfər zamanı ABŞ prezidenti Donald Trampdan İsrailə təzyiq göstərməsini xahiş edəcək ki, qüvvələrin Livandan mərhələli şəkildə çıxarılmasını sürətləndirsin.
Onun fikrincə, maneələrə və çətinliklərə baxmayaraq, danışıqlar prosesində işlər düzgün istiqamətdə irəliləyir.
Humay Eminqızı