Müğənni Bonni Tayler vəfat etdi


  • 13:52

Britaniyalı müğənni Bonni Tayler 76 yaşında vəfat edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni ötən gecə Portuqaliyadakı xəstəxanada, müalicə aldığı xəstəlik səbəbindən vəfat edib.

“The Sun” qəzetinin daha əvvəl verdiyi məlumata görə, Tayler may ayında kor bağırsağının partlaması səbəbindən təcili əməliyyat olunub.

Qeyd edək ki, müğənni “Total Eclipse of the Heart” və “Holding Out for a Hero” kimi məşhur mahnıları ilə tanınır.

Humay Eminqızı

Oxşar xəbərlər