Rusiya sutka ərzində Ukraynaya məxsus 468 PUA vurub


  • 14:01

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 468 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 9 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 177 674 pilotsuz uçuş aparatı (PUA), 66 042 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 698 səhra artilleriya qurğusu və minaatan, 30 087 ədəd tank və digər zirehli döyüş texnikası, 1 756 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 665 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər