- 14:01
Ötən gecə ABŞ İranın şimal-şərqində, ölkəni Rusiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin bir hissəsi olan körpüyə zərbə endirib.
E-huquq.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, zərbə Türkmənistan sərhədi yaxınlığında, Gülüstan vilayətinin Akkala bölgəsindəki dəmir yolu körpüsünə endirilib.
Qeyd olunur ki, bu marşrut vasitəsilə İrana Rusiyadan yüklər daxil olurdu. Bundan əlavə, ABŞ tərəfindən dəniz blokadasının elan edilməsindən sonra Çin bu yol ilə İrana mal tədarükünü üç dəfə artırıb.
Humay Eminqızı