Supermarketlər şəbəkəsinə məxsus anbarlarda yanğın olub


  • 16:11

Türkiyənin Batman vilayətində yerli supermarketlər şəbəkəsinə məxsus anbarlarda yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alov qısa müddətdə qonşu anbarlara da yayılaraq yanğının miqyasını genişləndirib.

Yanğın yanğınsöndürmə qüvvələrinin müdaxiləsi nəticəsində nəzarət altına alınaraq söndürülüb.

Batman valisi Əkrəm Canalp hadisə yerinə gələrək şirkət nümayəndələri ilə görüş keçirib.

Yanğın nəticəsində anbarlara ciddi maddi ziyan dəyib.

Həmçinin ərazidə olan bir neçə yük avtomobili və mikroavtobus tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

Hadisənin səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər