Peskov: Rusiya ölkəni qorumaq üçün hər şeyi edir


  • 16:57

Rusiya rəhbərliyi və müvafiq qurumlar ölkəni qorumaq üçün, o cümlədən “Patriot” hava hücumundan müdafiə raket sistemlərinə qarşı lazım olan hər şeyi edir.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bütün aidiyyəti qurumlarımız və Ali Baş Komandan nəyin edilməli olduğunu çox yaxşı bilir. İnanın ki, maraqlarımızı qorumaq üçün zəruri olan hər şey edilir", - Peskov ABŞ-nin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya vermək niyyətində olması barədə məlumatları şərh edərkən deyib.

Humay Eminqızı

Oxşar xəbərlər