Palm-Biç Hava Limanının adı Trampın şərəfinə dəyişdirilib


  • 17:17

ABŞ-nin Florida ştatındakı Palm Biç Beynəlxalq Hava Limanı rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hava limanında lövhələrin və interyerin dəyişdirilməsi bir neçə həftə çəkəcək. Bundan əlavə, 18 avqustdan etibarən hava limanı kodu PBI-dən DJT-yə dəyişdiriləcək.

Ağ Ev rəhbərinin oğlu Erik Trampın sözlərinə görə, adı dəyişdirilmiş hava limanına enən ilk təyyarə Trampın "Trump Force One" kimi tanınan şəxsi "Boeing 757" təyyarəsi olub.

Humay Eminqızı

Oxşar xəbərlər