Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır


  • 22:57

İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, ölkə ordusu İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasına tam hazır vəziyyətdədir.

E-huquq.az xəbər verir ki, Kats bu barədə İsrail Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının buraxılış mərasimində çıxışı zamanı bildirib.

"İsrail Ordusu yüksək döyüş hazırlığı vəziyyətindədir və əməliyyatı bərpa etməyə hazırdır. Əgər İrana qarşı kampaniyanı yenidən başlatmalı olsaq, bunu əvvəlkindən daha böyük güclə edəcəyik və bütün təhdidləri aradan qaldıracağıq", – deyə müdafiə naziri vurğulayıb.

Katz əlavə edib ki, İsrailə təhdid yaratmağa və zərər vurmağa çalışan şəxslər harada olurlarsa olsunlar, o cümlədən Tehranda, İsrailin "uzun əli" onlara çatacaq.

Oxşar xəbərlər