- 11:16
Rusiyanın paytaxtı Moskvanın Nijeqorodskaya küçəsində “Qazel” markalı yük avtomobili avtobusa çırpılıb.
E-huquq.az xəbər verir ki, bu barədə paytaxtın yol polisi məlumat yayıb.
Hadisə yerli vaxtla 07:23 radələrində baş verib.
Toqquşmanın təsiri ilə avtobus reklam lövhəsinə çırpılıb.
Qəza nəticəsində 25 nəfər xəsarət alıb.
Moskva Nəqliyyat Departamentindən bildirilib ki, qəzanın baş verməsinə səbəb “Qazel” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.
Humay Eminqızı