- 11:16
İyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3899 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, zəlzələlər nəticəsində yaralananların sayı isə 16 740 nəfər təşkil edir.
Rodriges bildirib ki, hökumət və könüllülərin birgə fəaliyyəti nəticəsində indiyədək 86 794 ailəyə humanitar yardım çatdırılıb. Bundan əlavə, 16 892 ailə ölkə üzrə yaradılmış 89 müvəqqəti çadır düşərgəsində yerləşdirilib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb.
Şəbnəm Mehdizadə